Millimizin rəhbərliyi Veliçko Çolakovdan imtina etdi
5 avqust 2012 18:07

Azərbaycanın London Olimpiadasındakı təmsilçilərindən olan ağır atletika üzrə yığmamızın üzvü Veliçko Çolakovun yarışlara qatılmamış İngiltərə paytaxtını tərk etmək məcburiyyətində qaldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna onun zədə ilə üzləşməsi səbəb olub.
Belə ki, 105 kq çəki dərəcəsində yarışmalı olan atlet əlini zədələdiyi üçün, yarışlardan kənar qalmalı olub. Qeyd edək ki, bu çəki dərəcəsində mübarizəyə avqustun 6-da start veriləcəkdi.
Bu arada əldə etdiyimiz məlumata görə, Çolakov artıq bir daha Azərbaycan yığması üçün mübarizə aparmayacaq. Belə ki, yığmamızın rəhbərliyi onları pis vəziyyətdə qoyduğu üçün Çolakovdan birdəfəlik imtina etmək qərarına gəliblər. Çünki Afina Olimpiadasının qalibindən hamı mükafat gözləyirdi.