Azərbaycan prezidentindən Bayramovla Əhmədova dəstək (FOTO)
5 avqust 2012 19:57

Xəbər verdiyimiz kimi, bu gün London Yay Olimpiadasında güləş yığmamızın iki üzvü mübarizəyə start verib. Azerisport.az xəbər verir ki, bunlar 55 kq çəki dərəcəsində yarışan Rövşən Bayramovla 74 kq-da mübarizə aparan Emin Əhmədovdu.
Bu arada güləşçilərimizə Azərbaycan prezidenti İlham Əliyev də dəstək verib. Belə ki, hazırda Böyük Britaniyada işgüzar səfərdə olan ölkə başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə yarışların keçirildiyi salona təşrif buyurub. İnanırıq ki, güləşçilərimiz bu dəstəyi olimpiya qızılı ilə qarşılaya biləcəklər.