Azərbaycan Olimpiadada Norveç və Gürcüstanla üz-üzə
5 avqust 2012 22:25

Sabah Azərbaycanın daha iki yunan-roma güləşçisi London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər. Azerisport.az xəbər verir ki, millimizin üzvlərindən Həsən Əliyevlə Səman Təhmasibinin də ilk rəqibləri bəllidi.
Belə ki, 60 kq-da mübarizə aparacaq Həsən Əliyevin startdakı rəqibi norveçli Stiq-Andre Berq olacaq. 84 kq çəki dərəcəsində yarışacaq Təhmasibi isə gürcüstanlı Vladimir Qeqeşidzeni mübarizədən kənarlaşdırmalıdı.