Rövşən Bayramov tarix yazdı
6 avqust 2012 00:44

Yunan-roma güləşçimiz Röşvən Bayramov Azərbaycan idmanının tarixinə düşüb. Azerisport.az xəbər verir ki, o, buna ötən gün London Yay Olimpiadasında gümüş medal qazanmaqla nail olub.
Məsələ burasındadı ki, Bayramov olimpiadalarda iki dəfə ardıcıl medal qazanan ilk idmançımız olub. O, London Olimpiadasından öncəki Pekin Olimpiadasında da gümüş medal qazanmışdı. O vaxt Rövşən finalda rusiyalı Nazir Mankiyevə məğlub olmuşdu.