Vıstropova: Mənə özümə gəlmək üçün vaxt lazımdı
6 avqust 2012 14:53

Boks yığmamızın London Olimpiadasındakı yeganə qadın üzvü Yelena Vıstropova (75 kq) 1/8 final mərhələsində nigeriyalı Edit Oqokeyə məğlubiyyətini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim hətta deyəcək sözüm də yoxdu. Bilmirəm 2, ya da 3-4 gün lazımdı ki, özümə gələ bilim. Bilirəm ki, apelyasiya şikayəti verilib. Bu, məşqçilərimizin təşəbbüsüdü. Mən bunda heç nə edə bilmərəm. Sadəcə, mən özüm üçün uyğun olmayan çəki dərəcəsində yarışmalı oldum. Rəqiblərimin hamısından çəkicə azam. Bununla özümə heç də bəraət qazandırmaq fikrim yoxdu”.