Teymur Məmmədov: Finala çıxmaq istəyirəm
6 avqust 2012 16:12

Azərbaycanlı boksçu Teymur Məmmədov (91 kq) ötən gün belaruslu Sergey Korneyevlə 1/4 final görüşündən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qələbəniz çox çətin başa gəldi. Buna nə səbəb oldu?
- Korneyev çox güclü rəqibi. İkinci raunddan sonra ona qarşı döyüşmək daha da çətinləşməyə başladı. Amma şadam ki, sonda hər şey yaxşı qurtardı.
- Belarus tərəfinin apelyasiya şikayəti verməsindən xəbəriniz var?
- Bəli, bilirəm. Onların buna haqqı var. Yəqin ki, onlar da öz boksçularının qalib gəldiyini düşünürlər. Amma əsas hakimlərin hesablamasıdı.

- Bütövlükdə, olimpiadadakı çıxışınızı necə qiymətləndirərdiniz?
- Çox pis. Mən çoxdan idi belə pis döyüşmürdüm. Bu, mənim boksum deyil. Bunu açıq şəkildə etiraf edirəm.

- Səbəb nədi?
- Yəqin ki, bu, məşqçinin qərarından irəli gəlir. Elə təəssürat var ki, formamızın heç də pik nöqtəsində deyilik. Halbuki, toplanışda olmuşduq, yaxşı çalışmışdıq. Sırf mənə gəlincə, bu, psixoloji cəhətdən də ola bilər. Çünki bu, mənim ilk Olimpiadamdı. Etiraf edirəm ki, Londonda pis çıxış edirəm.

- Yarımfinalda sizi italiyalı Klemente Russo gözləyir. Onun barəsində nəsə bilirsiz?
- Əlbəttə. Onunla toplanışda da qarşılaşmışdıq. Həmin döyüşü qalib başa vurmuşdum. Amma Olimpiada ilə toplanışı eyniləşdirmək istəməzdim. Hər ikimiz sürprizə imza ata bilərik. Buna əminəm.

- Bu, heç də Olimpiada mükafatçısının müsahibəsinə oxşamır...
- (gülür) Hələ turnir başa çatmayıb. Həm də mən finala çıxmaq istəyirəm. Başqa medal qazanmaq istəyim var.