Teymur Məmmədovun növbəti rəqibi müəyyənləşdi
6 avqust 2012 12:50

London Yay Olimpiadasında mübarizəsini davam etdirən Azərbaycan boksçusu Teymur Məmmədovun yarımfinaldakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gecə keçirilən 1/4 final görüşündə qələbə qazanmaqla ən azı bürünc medalı özü üçün təmin edən həmyerlimizin finala çıxmaq yolundakı rəqibi Klemente Russo olacaq.
Qeyd edək ki, Russo İtaliya təmsilçisidi. 30 yaşlı bu boksçu 1/8 finalda Anqola boksçusunu nokautla məğlub edib. 1/4 finalda isə Kuba boksçusu Xose Larduetə qalib gəlib – 12:10. Teymur isə öncə avstraliyalı Tapu Opetaya, ardından isə belaruslu Sergey Korneyevə qalib gəlib.
Məmmədovla Russo arasındakı görüş avqustun 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.