Valentin Xristov: Mən elə bilirdim ki, qızıl medal qazanmışam
7 avqust 2012 12:57

Azərbaycanın London Yay Olimpiadasındakı ilk medalının müəllifi, ağırlıqqaldırma üzrə yığmamızın üzvü Valentin Xristov azerisport.az saytına müsahibəsində bu uğurundan danışıb. O, öncə bunları dilə gətirib:
- Hələ də təsəvvür edə bilmirəm ki, Olimpiya medalı qazanmışam. Yəqin ki, bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Ona görə də, uğurumla bağlı hansısa xüsusi hiss yoxdu. Nə üçün çalışırdımsa, ona da nail oldum. Londona məhz medal qazanmaq üçün yollanmışdım. Bu hədəfimə də çatdım.
- Sizin qrupda mübarizə kifayət qədər çətin keçdi...
- Mən körpücük üzərinə qalxanda Cənubi Koreya idmançısının nəticəsindən xəbərim yox idi. Yeni səhifədən başlayırdım. Məşqçilərimiz də rəqiblərimin çıxışı barədə mənə heç nə demirdilər. Yəqin ki, mənim köklənməyimi korlamaq istəmirdilər. Ona görə də 159 kq çəkini qaldıranda düşündüm ki, Olimpiadanın qızıl medalını qazanacağam. Ən azından ikinci olacağımı düşünürdüm. Ona görə də qızıl medalın cənubi koreyalıya qismət olduğunu, özümün üçüncü olduğumu biləndə bir qədər təəccübləndim.
- Deməli, 159 kq-la siz özünüzü qalib hesab edirdiniz?
- Həqiqətən də elədi. Amma reallıq fərqli oldu.
- Həqiqətən də elədi. Amma reallıq fərqli oldu.
- Bütövlükdə, Olimpiadanın atmosferi barədə nə deyə bilərsiz?
- Hər şey sadəcə möhtəşəm alındı. Təşkilatçılıq yüksək səviyyədə idi. Yeganə üzücü məqam ondan ibarət idi ki, bir həftənin sonunda Azərbaycan yalnız bir medal qazana bilmişdi. Amma sonradan hər şey dəyişdi. Güləşçilər də iki dəfə uğur qazandılar. Həmçinin boksda da medal var. Buna görə də sevinməyə bilmərəm.

- Yəqin ki, indi yaxşıca istirahət etməyi düşünürsüz...
- Əlbəttə. Bolqarıstana, ailəmin yanına gedəcəm. Gücümü bərpa etməyə çalışacağam.