“Olimpianın qalibi olmaq istəyirik”
7 avqust 2012 16:35

Bu gün Azərbaycan kanoeçiləri London Yay Olimpiya Oyunlarında mübarizəyə start verdilər. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı – Maksim Prokopenko dueti final mərhələsinə vəsiqə qazandı. Yürüşdən sonra Segrey Bezuqlı suallarımızı cavablandırdı.
- Sergey, necə üzdünüz?
- Gördüyünüz kimi. Bu gün hər şey uğurlu alındı!
- Gördüyünüz kimi. Bu gün hər şey uğurlu alındı!
- Artıq düşərgəyə qayıtmaq istəyirsiz, yoxsa rəqiblərinizin də çıxışını izləyəcəksiz?
- Əlbəttə, rəqiblərimizin də çıxışını izləmək fikrim var.
- Əlbəttə, rəqiblərimizin də çıxışını izləmək fikrim var.
- Sizi favorit görürlər. Bu, hansısa təzyiq yaratmır ki?
- Çox təzyiq göstərir. Fikrimcə, bu, hamı üçün müəyyən problem yaradır. Amma çalışırıq ki, bu barədə düşünməyək.
- Niyə? Bu, əlavə stimul yaratmırmı?
- Məncə, Olimpiadanın qalibi olmaq üçün hansısa stimula ehtiyac yoxdu. Kimlərinsə öncədən nəsə deməsi, müəyyən proqnozlar irəli sürməsini bəyənmirəm. Bu, idmandı. Özü də Olimpiadadı! İdman yarışlarının necə bitəcəyini öncədən demək çox çətindi. Olimpiadada isə kimdən desən, uğur gözləmək olar.

- Digər yarımfinal cütündə birinci olan almaniyalı cütlük əsas rəqibinizdi?
- Bütün rəqiblərimizdən təhlükə gözləməyə dəyər. Çünki hər birinin öz üstünlükləri var. Əsas öz çıxışımızdı.
- Azərbaycana Olimpiadada uğur qazandıra biləcəksiz?
- Biz sadəcə qalib olmaq istəyirik. Hamı Londonda uğur qazanmaq istəyir.
- Biz sadəcə qalib olmaq istəyirik. Hamı Londonda uğur qazanmaq istəyir.