Ramin Əzizov ikiqat olimpiya çempionu ilə üz-üzə
7 avqust 2012 17:22

Azərbaycanın London Yay Olimpiadasındakı təmsilçiləri, taekvondo üzrə yığmamızın üzvü Ramin Əzizovla (80 kq) Fəridə Əzizovanın (67 kq) ilk rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, hər iki təmsilçimiz mübarizəyə avqustun 10-da başlayacaq.
Ramin Əzizov startda ABŞ təmsilçisi Stiven Lopeslə qarşılaşacaq. Qeyd edək ki, bu taekvondoçu ikiqat olimpiya, beşqat dünya çempionudu.
Əzizovanın rəqibi isə kanadalı Karin Serjeri olacaq.