Təmsilçilərimiz finalda! (YENİLƏNİB)
7 avqust 2012 14:01

Bu gün Azərbaycan kanoeçiləri London Yay Olimpiya Oyunlarında mübarizəyə start veriblər. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Sergey Bezuqlı – Maksim Prokopenko dueti final mərhələsinə vəsiqə qazanmağa çalışıb.
Onların çıxış etdikləri 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə üst-üstə 12 duet 2 bərabər qrupa bölünüblər:
1-ci qrup
1. Aleks Haas – Ceyk Donagey (Avstraliya)
2. Maosinq Huanq – Li Kianq (Çin)
3. Yaroslav Radon – Filip Dvoryak (Çexiya)
4. Peter Kretşmer – Kurt Kuşela (Almaniya)
5. Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya)
6. Martsin Qrjibovski – Tomaş Kaçor (Polşa)
2-ci qup
1. Nelson Henrikes – Fortunato Pakavira (Anqola)
2. Sergey Torres – Xose Karlos Bulnes (Kuba)
3. Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya)
4. Sergey Bezuqlıy – Maksim Prokopenko (AZƏRBAYCAN)
5. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus)
6. Erlon Silva – Ronilson Oliveyra (Braziliya)
Mübarizəyə Bakı vaxtı ilə saat 13:46-da start verilib. Seçmə yürüşlərdə hər qrupda ilk 2 yeri tutanlar birbaşa əsas finala yüksələcəkdillər. Xoşbəxtlikdən kanoeçilərimiz 3 dəqiqə 37 saniyəyə bu məsafəni qət edərək, birinci olublar. Beləcə, duetimiz finala vəsiqə qazanıb.
Qalan 10 cütlük yenidən 2 qrupa bölünəcək və saat 15:09-da startı veriləcək yarımfinal yürüşlərinə qatılacaq. Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.