İbrahimov finala lider kimi yüksəldi (YENİLƏNİB)
8 avqust 2012 14:59

Bu gün London Yay Olimpiya oyunlarına vəsiqə qazanan daha bir təmsilçimiz mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, 5000 metr məsafəyə qaçış üzrə yarışlara lisenziya qazanmış Hayle İbrahimov idi.
Qeyd edək ki, İbrahimovun finala vəsiqə qazanması üçün iki yarımqrupda mübarizə aparacaq 43 idmançı arasında ilk 16 yerdən birini tutması lazım idi. Amma təmsilçimiz elə öz yarımqrupundaca yarışı lider kimi başa vurub. Belə ki, o, 5000 m məsafəni 13:25.23 nəticə ilə birinci qət edib. Beləcə, İbrahimov ayın 11-də keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.