Mariya Stadnik üçün 4-cü olmaq şansı
8 avqust 2012 14:36

Azərbaycanın güləş yığmasının üzvü Mariya Stadnik Olimpiadalar tarixində iki dəfə medal qazanan dördüncü təmsilçimiz ola bilər. Azerisport.az xəbər verir ki, bunun üçün qadın güləşçimiz bu gün London Yay Olimpiadasında 48 kq çəki dərəcəsində mütləq medal qazanmalıdı.
Maraq üçün xatırladaq ki, Stadnikin artıq bir belə uğuru var. O, Pekin Olimpiadasında bürünc medal qazanmışdı.
Azərbaycanın Olimpiadalarda iki dəfə medal qazanan üzvlərinə gəlincə, bunlar Namiq Abdullayev (sərbəst güləş, 1996-cı ildə gümüş, 2000-ci ildə qızıl), Zemfira Meftahətdinova (stend atıcılığı, 2000-ci ildə qızıl, 2004-cü ildə bürünc) və Rövşən Bayramov (yunan-roma güləşi, 2008-ci ildə gümüş, 2012-ci il gümüş).