İbrahimovun finaldakı rəqibləri müəyyənləşdi
8 avqust 2012 16:37

Azərbaycan atleti Hayle İbrahimovun London Yay Olimpiya oyunlarında 5000 metr məsafəyə qaçış üzrə yarışların final mərhələsindəki bütün rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, o, final mərhələsində aşağıdakı 14 idmançı ilə mübarizə aparacaq:
İsayya Koç, Tomas Lonqosiva (hər ikisi Keniya), Məhəmməd Fərəh (Böyük Britaniya), Lopes Lomonq, Bernard Laqat, Geylen Rapp (hamısı ABŞ), Haqos Gebrhivet, Dejen Gebremeskel, Yenev Alamirev (hamısı Efiopiya), Abdallaati İgider (Mərakeş), Mozes Kipsiro (Uqanda), Kemeron Levins (Kanada), Xuan Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti).
Qeyd edək ki, Hayle bu 14 idmançı arasında 11-ci ən yaxşı nəticəni göstərib. Bu isə o deməkdi ki, final mərhələsində olimpiya medalına sahib çıxmaq üçün idmançımız daha çox güc sərf etməlidi. Baxmayaraq ki, öz yarımqrupunda o, 5000 metr məsafəni hamıdan birinci başa vurmuşdu.
Maraq üçün bildirək ki, final mərhələsi avqustun 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.