Veliçko Çolakov: Olimpiadada çıxış etməyimə hərarət mane oldu
8 avqust 2012 17:56

Azərbaycanın ağır atletika yığmasının üzvü Veliçko Çolakov (105 kq) bəyan edib ki, o, London Yay Olimpiadasında yüksək hərarət səbəbindən çıxış edə bilməyib. Azerisport.az xəbər verir ki, o, ölkəsində mətbuata verdiyi açıqlamada bunları dilə gətirib:
“Sağlıq durumumdakı problemlər məni Olimpiada başlayandan bəri narahat edirdi. Mən olimpiadada çıxış etməyi çox istəyirdim. Bunu hətta azərbaycanlılar da gördülər. Mən yenə Azərbaycan yığması üçün çıxış etməyə hazıram. Bu komandada keçirdiyim vaxta görə onlara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, yığmamızın rəhbərliyi artıq Çolakovun xidmətindən imtina edib.