İbrahimov: Olimpiadanın qalibi olmaq istəyirəm
8 avqust 2012 18:17

Azərbaycanın yüngül atletika yığmasının üzvü Hayle İbrahimov bu gün London Yay Olimpiadasında 5000 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsini ilk pillədə başa vurduqdan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Finala çıxdınız. Özünüzü necə hiss edirsiz?
- Əla! Bu, mənim olimpiadadakı minimum hədəfim idi. Ona da nail oldum.
- Əla! Bu, mənim olimpiadadakı minimum hədəfim idi. Ona da nail oldum.
- Əvvəlcə heç ilk 10-luqda da deyildiniz. Amma son dövrə zamanı sürətlə hamını qabaqladınız. Bu, taktika idi?
- Belə də demək olar. Axı burda heç də hər şey əzələdən yox, həm də ağıldan asılıdı. Bütün məsafələrə gücünü düzgün paylamağı bacarmaq lazımdı.
- Amma maraqlıdı, bu göstərici ilə digər yarımfinalda finala çıxa bilməzdiniz...
- Bəli, belə də olur. Çünki burda sənin rəqiblərinin necə hərəkət etməsindən də çox şey asılıdı. Mən liderlər qrupunda qalmaqla yanaşı, öz gücümə də qənaət edirdim. İkinci yarımfinalda da olsaydım, belə edərdim.
- Yəni final yürüşündə daha yaxşı göstərici görə bilərik?
- Özü də necə. Axı mən Olimpiadanın qalibi olmaq istəyirəm.
- Bunu real hesab edirsiz?
- Niyə də yox? Hər bir idmançı bunu istəyər. Şanslar isə hamıda eynidi.
- Niyə də yox? Hər bir idmançı bunu istəyər. Şanslar isə hamıda eynidi.