Mariya Stadnik: O, məndən daha güclü idi
9 avqust 2012 02:32

Azərbaycanın güləş yığmasının üzvü Mariya Stadnik (48) London Yay Olimpiadasının gümüş medallarını qazandıqdan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Mariya, bizə sənin indi hansı hissləri keçirdiyini bilmək çox maraqlıdı...
- Çox üzgünəm. Mən Londona “qızıl” üçün gəlmişdim. Başqa nəticələr məni qane etmirdi.
- Final görüşü sizdə niyə alınmadı?
- Final görüşünə də inamla çıxmışdı. Düşündüklərimi də etdim. Özünüz də gördünüz ki, hər şey yaxşı gedirdi. Nə fiziki, nə də psixoloji problemim vardı.

- Onda belə çıxır ki, yaponiyalı rəqibiniz güclü idi?
- Bəli. Görüş də hər şeyi göstərdi. O, bu gün daha güclü idi. Amma bu, idmandı. Sabah mən bunun revanşını ala da bilərəm.

- London və Pekin Olimpiadalarını müqayisə edə bilərsiz?
- O vaxt mən hələ tam yetişməmişdim. Mənə təyziq edirdilər... Səs-küy, gurultu, azarkeşlərin təzyiqi... İndi mən bütün bunlardan fikrən qurtulmuşam... Dörd il əvvəl ilə müqayisədə indi daha da böyümüşəm, ana olmuşam (gülür). Təcrübə toplamışam, dünya və Avropa çempionatlarında qalib gəlmişəm. Bu gün də ən yaxşı olmaq istəyirdim. Amma qismət deyilmiş.