Azərbaycan Pekindəki nailiyyətini təkrarladı
10 avqust 2012 01:22

Azərbaycan olimpiyaçıları Pekin Olimpiadasındakı uğurlarını təkrarlayıblar. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi artıq London Yay Olimpiya oyunlarında 7 medal qazanıblar.
Maraq üçün xatırladaq ki, Pekin Olimpiadasında da Azərbaycan məhz bu qədər medal qazanmışdı. Amma Pekində qazandığımız medallarımız əyarına görə daha keyfiyyətli idi. Məsələ burasındadı ki, həmin 7 medaldan biri qızıl, ikisi gümüş, dördü isə bürünc idi.
Hazırda davam edən London Olimpiadasında isə iki gümüş, üç bürünc qazanan yığmamızın üzvlərindən daha ikisi ən azı bürüncü təmin edib. Amma hər ikisi boksçularımızın hesabında olan həmin medalların gümüş və ya qızıla çevrilməsi ehtimalı da qalmaqdadı.
Sonda onu da vurğulayaq ki, Azərbaycan London Olimpiadasındakı medal sayını daha da artıra bilər. Çünki hələ medal qazanacağına ümid bəslədiyimiz başqa təmsilçilərimiz də çıxışını gözləyir.