Nəriman Abdullayev: Russo ilə daha çətin olacaq, nəinki Kamarelle ilə
10 avqust 2012 02:47

Azərbaycanın boks üzrə yığma komandasının baş məşqçisi Nəriman Abdullayev bu gün London Yay Olimpiadasında yarımfinal görüşlərinə çıxacaq Məhəmmədrəsul Məcidovla Teymur Məmmədovun finala çıxmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yarımfinal görüşlərinin necə keçəcəyini demək çətindi. Mən Məmmədova da, Məcidova da inanıram. Bilirəm ki, onlar finala çıxmaq üçün əllərindən gələni edəcəklər. Amma bunun üçün 1/4 finaldakından daha yaxşı çıxış etmək lazımdı. Rəqiblərə gəlincə, italiyalı boksçuların hər ikisi yaxşı və güclü idmançılardılar. Amma məncə Klemente Russo ilə daha çətin olacaq, nəinki Roberto Kamarelle ilə. Özü də sonuncunun uzun müddətdi zədəsi var. Hər şey boksçularımızdan asılıdı”.