Demyanenko fiaskonun səbəbini açıqladı
10 avqust 2012 15:43

Azərbaycan kanoeçisi Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında uğursuz çıxışının səbəbini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, zədə amilini önə çəkib.
- Valentin, nə baş verdi? Siz, falstart olduğunu düşündüyünüz üçün geri qaldınız?
- Xeyr, belə bir şey düşünmədim. Mənə sadəcə zədə mane oldu.
- Yeni zədədi?
- Bəli, bu zədəni dünən aldım. Əzələmi dartdım. Müayinədən də keçdim. Əzələmdə yarım santimetr yırtıq aşkar olundu. Ağrıdan gecəni yata bilməmişəm.
- Bəli, bu zədəni dünən aldım. Əzələmi dartdım. Müayinədən də keçdim. Əzələmdə yarım santimetr yırtıq aşkar olundu. Ağrıdan gecəni yata bilməmişəm.
- Deməli, məğlubiyyəti göz önünə almışdınız?
- Bəli, hər şeyi gözəl dərk edirdim. Bilirdim ki, yarımfinala çıxa bilməyəcəm. Çox təəssüf edirəm ki, hər şey belə alındı. Bu gün də sadəcə finişə qədər çatmağa çalışdım.
- Bəli, hər şeyi gözəl dərk edirdim. Bilirdim ki, yarımfinala çıxa bilməyəcəm. Çox təəssüf edirəm ki, hər şey belə alındı. Bu gün də sadəcə finişə qədər çatmağa çalışdım.
- Bəs niyə startdan imtina etmədiniz?
- İmtina etsəm, necə idmançıyam? Sadəcə, belə vəziyyətdə olimpiya çempionu olmaq mümkünsüz idi.
- İmtina etsəm, necə idmançıyam? Sadəcə, belə vəziyyətdə olimpiya çempionu olmaq mümkünsüz idi.
- Durumunuzu kiminləsə müzakirə etmisiz?
- Ancaq həkimlərlə.