Teymur Məmmədov: Mən daha güclü idim və qalibəm
10 avqust 2012 22:17

Azərbaycan boks yığmasının üzvü Teymur Məmmədov (91 kq) London Yay Olimpiadasında italiyalı Klemente Russoya qarşı keçirdiyi yarımfinal görüşündən sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məğlubiyyətim kimlərəsə sərf edirdi. Qələbə qazanmaq üçün çox çalışdım. Özünüz də hər şeyi gördünüz. İstənilən halda hesab edirəm ki, mən bu gün daha güclü idim və qalibəm”.
“Məğlubiyyətim kimlərəsə sərf edirdi. Qələbə qazanmaq üçün çox çalışdım. Özünüz də hər şeyi gördünüz. İstənilən halda hesab edirəm ki, mən bu gün daha güclü idim və qalibəm”.
Qeyd edək ki, ilk iki raundda qalib gələn boksçumuz yalnız sonuncuda uduzaraq, turnirlə vidalaşıb və bürünc medalla kifayətlənib – 13:15.