Demyanenkodan fiasko! (YENİLƏNİB)
10 avqust 2012 13:53

Bu gün Azərbaycanın daha bir kanoeçisi London Yay Olimpiya Oyunlarında ilk sınağına çıxıb. Azerisport.az xəbər verir ki, bu, 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayacaq Valentin Demyanenko idi.
Qeyd edək ki, Demyanenkonun çıxış etdiyi 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə seçmə mərhələnin 25 iştirakçısı vardı. Onlar ilkin mərhələdə 4 qrupa bölünmüşdülər. Demyanenko yeddi idmançının yer aldığı 1-ci qrupdaydı:
1-ci qrup
1. Sebastyan Marçak (Avstraliya)
2. Naoya Sakamoto (Yaponiya)
3. Ronilson Oliveyra (Braziliya)
4. Valentin Demyanenko (AZƏRBAYCAN)
5. Matyö Qubel (Fransa)
6. Andrey Yezyerski (İrlandiya)
7. Ceyson Makkumbs (Kanada)
Mübarizəyə saat 13:51-də start verilib. Seçmə yürüşdə 4 qrup içərisində ən zəif nəticəni göstərmiş kanoeçi çıxışını dayandıracaqdı. Qalan 24 idmançı hər birində 6-sı olmaqla, yenidən 4 qrupa bölünəcəkdi və yarımfinal yürüşlərinə qatılacaqdı.
Amma çox təəssüf ki, Demyanenko heç kimin gözləmədiyi halda öz qrupunda sonununcu olub və ilkin mərhələnin yeganə ən zəifi məhz Azərbaycan təmsilçisi olub. Halbuki, hazırki dünya və Avropa çempionundan hamı Olimpiadada da uğur gözləyirdi.