Fotoreportaj|Video|На русском

Olimpizm

Toğrul Əsgərov və Şərif Şərifov olimpiya çempionudu!!! (YENİLƏNİB)

11 avqust 2012 23:47
Bu gün Azərbaycanın sərbəst güləş yığmasının daha üç üzvü London Yay Olimpiadasında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Toğrul Əsgərov (60 kq), Camaləddin Məhəmmədov (120 kq) və Şərif Şərifovdu (84 kq).
 
Digər iki güləşçimizlə müqayisədə Məhəmmədov mübarizəyə təsnifat mərhələsindən qoşulub. Onun ilk rəqibi Rusiya təmsilçisi Bilyal Maxov olub. 3 qat dünya çempionu ilə görüş təmsilçimizin məğlubiyyəti ilə bitib - 0:1, 0:4. Təəssüf ki, Məhəmmədovu mübarizədən kənarlaşdırmış Maxov da finala çıxa bilmədiyindən, güləşçimiz turniri medalsız başa vurmalı olub. 
 
Mübarizəyə birbaşa 1/8 finaldan başlayan Toğrul Əsgərov startda almaniyalı Tim Şlyayheri mübarizədən kənarlaşdırmalıydı. O, bu vəzifənin öhdəsindən möhtəşəm qələbə ilə gəlib. Belə ki, ilk hissəni 2:0 öndə qapayan güləşçimiz ikinci yarıda 7:1 üstün olub və 1/4 finala vəsiqəni təmin edib. Yarımfinala vəsiqə qazanmaq yolunda rəqib yaponiyalı Keniçi Yumoto olub. Toğrul birinci yarını 1:0 üstünlüklə başa vurub. İkinci hissədə heç-heçə (2:2) qeydə alınsa da, Əsgərov ümumi nəticədə qalib gələrək, yarımfinala çıxıb. Həlledici oyuna vəsiqə uğrunda Toğrul ABŞ-dan Koleman Skottla üz-üzə gəlib. İlk yarıda təmsilçimiz qalib gəlib - 1:0. İkinci hissədə də eyni uğuru təkrarlayan Əsgərov Olimpiadanın finalına yüksəlib.
 
Həlledici qarşılaşmada Əsgərov rusiyalı Besik Kuduxovla üz-üzə gəlib. Görüşün ilk hissəsində Toğrul qələbə qazanıb - 1:0. İkinci hissəni də yüksək səviyyədə keçirən Əsgərov möhtəşəm qələbə qazanıb - 5:0. Beləcə, Azərbaycan güləşçisi London Olimpiadasında ölkəmizə ilk qızıl medalı qazandırıb. Həm Toğrulu, həm də bütün idman ictimaiyyətini, xalqımızı bu münasibətlə təbrik edirik. Bu sevinci Azərbaycana yaşatdığın üçün TƏŞƏKKÜRLƏR, TOĞRUL!!!
 
Şərif Şərifov da 1/8 finaldan başlayıb və ilk görüşünü Türkiyə təmsilçisi İbrahim Bölükbaşına qarşı keçirib. İlk hissədə 3:1 qalib gələn dünya çempionumuz ikinci yarıda da qardaş ölkə təmsilçisinə heç bir şans verməyib - 5:3. Beləcə, Şərifov da 1/4 finala adlayıb. Bu mərhələdəki rəqib isə ABŞ təmsilçisi Ceyk Herbert idi. Güləşçimiz amerikalı rəqibini birinci hissədə 4:1 hesabıyla üstələyib. İkinci yarıda da güclü olan Şərif 3:0 öndə olduğu vaxt rəqib güləşçinin məşqçisi etiraz edib. Bir qədər gərgin mübahisəyə də yol açan müzakirələrin sonunda Şərifov qalib adını qazanıb və yarımfinala çıxıb. Yarımfinalda isə Şərifov İran güləşçisi Naser Ləşgəri ilə qarşılaşıb. Bu görüşün ilk yarısından təmsilçimiz qalib ayrılıb - 1:0. Amma ikinci yarıda iranlı 2:0 üstün olub. Belədə, hər şeyə üçüncü hissədə aydınlıq gəlib. 2:1qalib gələn Şərifov da finala çıxıb!
 
Şərifovun finaldakı rəqibi Puerto-Rikadan Xayme Espinal olub. Bu görüşün ilk yarısında həmyerlimiz qalib gəlib - 6:1! İkinci hissədə də qələbə məhz həmyerlimizin olub - 2:0. Beləcə, bir gündə Azərbaycan ikinci qızıl medala sevinib! Əsgərovun ardınca Şərifov da OLİMPİYA ÇEMPİONU adını qazanıb. Təbriklər Şərifov, Təbriklər Azərbaycan!!!

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah