Azərbaycandan AIBA-ya daha bir apelyasiya şikayəti
11 avqust 2012 15:14

Azərbaycan boks yığmasının məşqçilər korpusu London Yay Olimpiadasında 91 kq-dan ağır çəki dərəcəsində yarışan Məhəmmədrəsul Məcidovun italiyalı Roberto Kamarelle ilə yarımfinal döyüşünün nəticəsindən AİBA-ya apelyasiya şikayəti verib. Azerisport.az xəbər verir ki, məşqçilərimiz hakimlərin qələbəni italiyalı boksçuya verməsindən (12:13) narazılıqlarını bildiriblər.
AİBA yaxın günlərdə məsələyə baxıb, qərarını açıqlamalıdı. Amma sözügedən qurumun bu məsələ ilə bağlı hansısa fərqli qərar çıxaracağı ehtimalı azdı.
Maraq üçün xatırladaq ki, Azərbaycan tərəfi yarımfinalda uduzan digər təmsilçimiz – Teymur Məmmədovun (91 kq) da italiyalı Klemente Russoya məğlubiyyətindən (13:15) apelyasiya şikayəti vermişdi. Amma həmin şikayətə müsbət cavab verilməmişdi.