AİBA Azərbaycanın etirazını qəbul etmədi
11 avqust 2012 16:09

Azərbaycan boks yığmasının məşqçilər korpusunun AİBA-ya ünvanlandığı apelyasiya şikayətləri qəbul olunmayıb. Azerisport.az xəbər verir ki, beynəlxalq qurum Teymur Məmmədovla bağlı apelyasiya şikayətində olduğu kimi, Məhəmmədrəsul Məcidovla bağlı etirazı da qəbul etməyib.
Qeyd edək ki, hər iki boksçumuz London Yay Olimpiadasında italiyalı rəqiblərinə kiçik fərqlə məğlub oldular. Amma Azərbaycan tərəfi hakimlərin qərarından narazı qaldıqlarını bildirmişdilər.
Beləliklə, həm Məcidov, həm də Məmmədovun Olimpiadanı bürünc medalla tərk edəcəyi dəqiqləşib.