Şərif Şərifov: Çempionluğa yarımfinalda iranlı rəqibimi məğlub edəndə inandım
12 avqust 2012 01:02

Azərbaycanın sərbəst güləş yığmasının üzvü Şərif Şərifov (84 kq) London Yay Olimpiadasının finalında Perto Riko təmsilçisi ilə görüşdə qazandığı möhtəşəm zəfərdən sonra azerisport.az saytının suallarını cavablandırıb. Yeni olimpiya çempionumuz öncə bunları dilə gətirib:
- Hələ heç nə dərk etmirəm. Bu gün çətin ki, özümə gəlim. Ancaq sabah. Bu, dəqiqdi.
- Final fitini necə xatırlayırsız?
- Finaldan öncə bircə şeyi bilirdim ki, qalib gəlməliyəm. Çempion olacağıma yarımfinalda iranlı rəqibimi məğlub edəndə inanmışdım. Mən onu əvvəllər də məğlub etmişdim. Məsələn, Bakıda keçirilən dünya kubokunda. Amma Puerto Rikadan olan Espinalı qətiyyən tanımırdım. Eyni zamanda onun güləş üslubundan da xəbərsiz idim.

- Bu, sənə çoxmu mane oldu?
- Əlbəttə. Bu üzdən məşqçilər də ehtiyatlı olmağı tapşırmışdılar.
- Əlbəttə. Bu üzdən məşqçilər də ehtiyatlı olmağı tapşırmışdılar.
- Türkiyəli güləşçi ilə ilk görüşün çox çətin keçdi...
- Gərginlik öz sözünü deyirdi. Axı bu, Olimpiadadakı ilk görüşüm idi. Ardından amerikalı idmançı ilə qarşılaşdım. O, məni məğlub etmişdi. Amma mən bu dəfə taktikamı dəyişdim. Görüşə də fərqli əhval-ruhiyyədə çıxmışdım. Yaxşı ki, hər şey alındı. Finalda isə düzünü deyim ki, Espinalı yox, ona məğlub olan gürcü güləşçini gözləyirdim.
- Finalda çox sakit görünürdünüz...
- Mən emosiyalarımı gizlətməyə çalışırdım. Bu, idmançı üçün həmişə mənfi təsir göstərir.
- Medalınızın dadı necədi?
- Metalın dadı olmur. Hətta olsa da, hələ mən bunu hiss etmirəm. Ola bilsin ki, sabah mümkün olsun.
- Metalın dadı olmur. Hətta olsa da, hələ mən bunu hiss etmirəm. Ola bilsin ki, sabah mümkün olsun.