Teymur Məmmədov da medalına qovuşdu (FOTOLAR)
12 avqust 2012 13:36

London Yay Olimpiadasında 91 kq çəki dərəcəsində yarışlara yekun vurulub. Azerisport.az xəbər verir ki, final görüşündən sonra qaliblərin təltifolunma mərasimi keçirilib.
Bu çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan təmsilçisi Teymur Məmmədov da mükafatına sahib çıxıb. Qeyd edək ki, o, yarımfinalda italiyalı Klemente Russoya məğlub olmuşdu.
Bu çəki dərəcəsində qızıl medalı ukraynalı Aleksandr Usik qazanıb. Gümüş medal Teymuru məyus edən boskçuya, daha bir bürünc medal isə bolqar Tervel Pulevə qismət olub.