Azərbaycan prezidenti çempionlarımızı təbrik etdi
12 avqust 2012 12:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də XXX London Yay Olimpiya Oyunlarında inamlı qələbə qazanaraq qızıl medallar almaları münasibəti ilə sərbəst güləşçilərimiz Toğrul Əsgərovu, Şərif Şərifovu, məşqçilər Saypulla Absaidovu və Firdovsi Umudovu təbrik edib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı yayıb.
Məlumatda bildirilir ki, dövlətimizin başçısı Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq əldə etdikləri böyük nailiyyəti yüksək qiymətləndirib, idmançılarımıza və onların məşqçilərinə yeni qələbələr arzulayıb.