“Çox şadam ki, Azərbaycan xalqına qələbə sevinci yaşada bildim”
12 avqust 2012 00:28

Azərbaycanın sərbəst güləş yığmasının üzvü Toğrul Əsgərov (60 kq) London Yay Olimpiadasının finalında Rusiya təmsilçisi ilə görüşdə qazandığı möhtəşəm zəfərdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Olimpiya çempionu kimi ilk fikirlərinizi bilmək istərdik...
- Mən çox sevincliyəm. Nə hiss etdiyimi sözlə ifadə edə bilmirəm. O qədər emosiya var ki... Nə deyəcəyimi də bilmirəm.
- Səhər heç düşünürdüz ki, günü olimpiya çempionu kimi bitirə bilərsiz?
- Bilirdim ki, olimpiya çempionu olmaq lazımdı. Bilirdim ki, ciddi rəqiblərim var. Başa düşürdüm ki, tarixə düşmək üçün şansım var və bundan yararlanmaq lazımdı.
- Bilirdim ki, olimpiya çempionu olmaq lazımdı. Bilirdim ki, ciddi rəqiblərim var. Başa düşürdüm ki, tarixə düşmək üçün şansım var və bundan yararlanmaq lazımdı.
- Final görüşündə böyük hesablı qələbəniz (1:0, 5:0) hamı üçün gözlənilməz oldu...
- Elə mənim özüm üçün də hər şeyin belə başa çatması bir qədər gözlənilməz sayıla bilər. Yadınızdadırsa, mən hələ Sofiyada demişdim ki, finalda Kuduxovla mən üz-üzə gələcəyəm. Yəni bunu öncədən də gözləyirdim. Amma o vaxt Kuduxovu böyük hesabla məğlub edəcəyimi deyə bilməzdim.
- Onunla görüşə xüsusi hazırlaşmışdınız?
- Bəli, çox ciddi hazırlaşmışdım. Başa düşürdüm ki, geriyə yol yoxdu. Mən çox şadam ki, Azərbaycan xalqına qələbə sevinci yaşada bildim. Bu, mənim üçün ən yaxşı addı.
- Bəli, çox ciddi hazırlaşmışdım. Başa düşürdüm ki, geriyə yol yoxdu. Mən çox şadam ki, Azərbaycan xalqına qələbə sevinci yaşada bildim. Bu, mənim üçün ən yaxşı addı.
- Hansı görüş daha çətin keçdi?
- Bütün görüşlərim özünə görə çətin alındı. Bu üzdən qələbəmə görə ikiqat sevincliyəm.