Şərif Şərifov: Bu, mənim arzum idi
12 avqust 2012 00:36

Azərbaycanın sərbəst güləş yığmasının üzvü Şərif Şərifov (84 kq) London Yay Olimpiadasının finalında Perto Riko təmsilçisi ilə görüşdə qazandığı möhtəşəm zəfərdən sonra azerisport.az saytının suallarını cavablandırıb. Yeni olimpiya çempionumuz bunları dilə gətirib:
“Rəqibim mənim üçün o qədər də tanış deyildi. Onu yaxşı tanımırdım. Bu üzdən məşqçilər də ehtiyatlı olmağımı tapşırmışdılar. Çox şadam ki, Olimpiadanın qalibi ola bildim. Bu, mənim arzum idi. Ona da nail oldum”.