Şərifov Azərbaycan idmanının tarixinə düşdü
12 avqust 2012 00:42

Sərbəst güləş üzrə yığmamızın üzvü Şərif Şərifov (84 kq) London Yay Olimpiadasının finalında Perto Riko təmsilçisi ilə görüşdə qazandığı möhtəşəm zəfər sayəsində adını Azərbaycanın idmanının tarixinə yazdırıb. Azerisport.az xəbər verir ki, o, komandamızın heyətində olimpiya çempionu adını qazanan ilk milliləşdirilmiş legioner olub.
Qeyd edək ki, indiyə qədər heç bir legioner “azərbaycan”lı belə bir uğura imza ata bilməmişdi. Bu susqunluğa məhz Şərifov son qoyub və ilk dəfə Azərbaycana qızıl medal qazandırıb.