Məhəmmədrəsul Məcidov da medalına qovuşdu (FOTOLAR)
13 avqust 2012 00:54

London Yay Olimpiadasında 91 kq-dan artıq çəki dərəcəsində yarışlara yekun vurulub. Azerisport.az xəbər verir ki, final görüşündən sonra qaliblərin təltifolunma mərasimi keçirilib.
Bu çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidov da mükafatına sahib çıxıb. Qeyd edək ki, o, yarımfinalda italiyalı Roberto Kamarelleyə məğlub olmuşdu.