Olimpiya yığmamız vətənə nə vaxt dönəcək?
13 avqust 2012 16:45

Azərbaycanın Olimpiya yığmasının üzvlərinin vətənə qayıdacağı vaxt müəyyənləşib. Azerisport.az xəbər ki, millimizin üzvləri Bakıya avqustun 14-dən 15-nə keçən gecə qayıdacaqlar.
Qeyd edək ki, Azərbaycan olimpiyaçıları London Yay Olimpiadasında 10 medal qazandılar. Bunlardan ikisi qızıl, ikisi gümüş, altısı bürüncdü.