Olimpiya oyunlarının bayrağı Rio-de-Janeyroda
14 avqust 2012 16:16
Olimpiya oyunlarının rəsmi bayrağı 2016-cı il yay Olmpiadasının keçiriləcəyi Rio-de-Janeyroya gətirilib. Azerisport.az xəbər verir ki, Rio-de-Janeyro meri Eduardu Pais bayrağı sevinc içində dalğalandıraraq təyyarədən enib.
Onu 2016-cı il Olimpiya oyunlarının Təşkilat Komitəsinin başçısı Artur Nuizman və Rio-de-Janeyro ştatının qubernatoru Serjiou Kabral müşayiət ediblər.
E.Pais jurnalistlərə müsahibəsində deyib: “Olimpiya oyunlarının bayrağının gətirilməsi şəhərimiz üçün dəyişikliklər dövrünün rəmzidi. Bu, Braziliya üçün nadir imkan və böyük bayramdı”.
Çərşənbə axşamı bayrağı Braziliya paytaxtına gətirmək planlaşdırılır. Burada ölkə Prezidenti Dilma Rusefin iştirakı ilə bayram mərasimi keçiriləcək.