Olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı
14 avqust 2012 16:31

İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu Qasem Rezai qızıl medala görə pul mükafatını Şərqi Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb. Azerisport.az xəbər verir ki, idmançı onun qələbəsi üçün milyonlarla həmvətənlisinin dua etdiyini bildirib.
“Qızıl medal mənim 15 il ərzindəki hər gün çəkdiyim əziyyətin bəhrəsidi. Əgər mənim bu kiçik yardımım zərərçəkənlərin əzablarını cüzi də olsa azaldarsa, xoşbəxt olaram”.