Azərbaycan güləşçisi London Olimpiadasının sürprizləri arasında
17 avqust 2012 00:08

London Yay Olimpiya Oyunlarının ən böyük sürprizlərinin siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatı Böyük Britaniya paytaxtını fəth edən 15 qəhrəmanı müəyyənləşdirib.
Olimpiya Oyunlarının ən böyük sürprizi kimi 15 yaşlı litvalı üzgüçü Ruta Meylutiteni görən həmkarlarımız “Top-15”də Azərbaycan təmsilçisinə də yer veriblər. Belə ki, London Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran 19 yaşlı sərbəst güləşçimiz Toğrul Əsgərov sürprizlər cədvəlində 11-ci pilləni tutub.