Rusiyadan Azərbaycana dəstək
12 dekabr 2012 14:18
Rusiya Olimpiya Komitəsi (ROK) 2015-ci ildə Bakıda keçiriləcək tarixdə ilk Avropa Olimpiya Oyunlarının təşkil edilməsində Azərbaycan Milli Olimpiya Komitəsini dəstəkləyəcəyini bildirib. Azerisport.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiya Olimpiya Komitəsinin saytında ROK rəhbəri Aleksandr Jukovun aşağıdakı sözləri sitat gətirilir: “Avropa Olimpiya Oyunlarının təşkil edilməsi ideyası çoxdan yetişirdi. Şübhə yoxdur ki, bu Oyunlar bizim qitədə idmanın inkişafına yeni təkan verəcəkdir. Rusiya Olimpiya Komitəsi tarixdə ilk Avropa Oyunlarının uğurla hazırlanmasının və keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq etməyə hazırdır”.