Bakı Olimpiya stadionunun yeni layihəsi (FOTO)
7 yanvar 2013 16:15

Bakıda tikiləcək Olimpiya stadionunun yeni layihəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu möhtəşəm idman qurğusunun inşası ilə Koreyanın “Heerim” şirkəti məşğul olacaq.
Lakin stadionun nə qədər azarkeş tutumuna malik olacağı barədə məlumat verilmir. Hələlik yalnız ümumi layihə ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, Olimpiya stadionunun əvvəlki layihəsində idman qurğusunun 65 min azarkeş tutumuna malik olması nəzərdə tutulmuşdu.