Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Bakıya gəlib
21 yanvar 2013 13:33

Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bazar ertəsi Bakıya birgünlük səfərə gəlib. Azerisport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Lord Sebastian Koe Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan "İnkişaf Naminə İdman" İctimai Birliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkəcək və tədbir iştirakçıları ilə görüşəcək.
Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib. (trend)