Milli Olimpiya Komitəsinin VI Hesabat-seçki baş məclisi keçiriləcək
3 aprel 2013 00:03

Bu gün - aprelin 3-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) VI Hesabat-seçki baş məclisi keçiriləcək. Azerisport.az xəbər verir ki, baş məclis MOK-un inzibati binasında təşkil ediləcək.
MOK-un mətbuat xidmətindən bildiriblər ki, hesabat-seçki xarakteri daşıyan VI baş məclisdə Milli Olimpiya Komitəsinin fərdi üzvləri ilə yanaşı, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak edəcəklər.
Tədbirdə MOK-un ötən 4 il ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənildikdən sonra komitənin İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.