MOK-un baş katibi və vitse-prezidentləri seçildi
3 aprel 2013 18:12

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) VI Hesabat-seçki Baş Məclisi keçirilib. Azerisport.az xəbər verir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, yeni heyətdə dəyişiklik olmayıb.
Ağacan Abiyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov, Xəzər İsayev isə vitse-prezident vəzifəsini icra edəcəklər.
Qeyd edək ki, gündəlikdə 5 məsələ - MOK-un İcraiyyə Komitəsinin 2009-2013-cu illərlə bağlı hesabatı, Təftiş Komissiyasının hesabatı, hesabat dövründəki fəaliyyətlə bağlı çıxışlar, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi və Təftiş Komissiyasının üzvlərinin seçilməsi müzakirə olunub.