Azərbaycan Prezidenti və xanımı yenidən MOK-nin İcraiyyə Komitəsinin üzvü seçildi
3 aprel 2013 11:56

Milli Olimpia Komitəsinin (MOK) VI Baş Məclisində MOK Təftiş Komissiyasına, Hesablama Komissiyasına, İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azerisport.az xəbər verir ki, MOK İcraiyyə Komitəsinə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idmançılar Rəfiqə Şabanova, Zemfira Mehtəhəddinova, Zərifə Salahova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov, əməkdər idman ustası Ələkbər Məmmədov, Namiq Abdullayev, Faiq Qarayev, Natiq Əliyev, Rauf Əliyev, Azad Cabbarov üzv seçiliblər. (Trend)