“Güləşin Olimpiya proqramında qalacağına ümid edirik”
3 aprel 2013 15:45

“Milli Olimpiya Komitəsi güləşin Olimpiya proqramında qalacağına ümid edir”. Azerisport.az xəbər verir ki, bu sözləri MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Hüseynzadə bildirib ki, bu ilin sentyabr ayında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında bu məsələ qaldırılacaq: “İnanıram ki, bu məsələ müsbət həll olunacaq, güləş Olimpiya Oyunlarının proqramnda qalacaq. Azərbaycan buna ümid edir”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bu ilin fevralında keçirilən iclasında güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı tövsiyə edib. Bununla belə, güləşin bütün növləri – yunan-Roma, sərbəst və qadın güləşinin çıxarılmasının tövsiyə edildiyi dəqiq deyil. (Trend)