Bakıda keçiriləcək birinci Olimpiya Oyunlarında 49 ölkə iştirak edəcək
4 aprel 2013 17:42

İsrail Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin olimpiya oyunları komissiyasının rəhbəri Efraim Zinger Azərbaycanda səfərdədi. Azerisport.az xəbər verir ki, bu münasibətlə aprel ayının 4-də İsrail Dövlətinin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirilib.
İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib, Azərbaycanda idmana göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb.
Diplomat futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-İsrail oyununun gərgin idman mübarizəsi şəraitində keçdiyini deyib.
Efraim Zinger vurğulayıb ki, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkə iştirak edəcək. Yarış 14 gün davam edəcək.