Azərbaycan Soçi Olimpiadasına ikinci lisenziyasını qazandı (FOTO)
8 aprel 2013 15:58

Azərbaycan dağ xizəyi idman növü üzrə Soçi-2014 Qış Olimpiya Oyunlarına ikinci lisenziyasını qazanıb. Azerisport.az xəbər verir ki, ilk lisenziyanı 2013-cü ilin əvvəlində Patrik Brahner qazanmışdı.
İkinci lisenziyanı isə ötən həftə Bolqarıstanın Bansko şəhərində keçirilmiş yarışlar nəticəsində Sedrik Notz əldə edib. Məsələ burasındadı ki, ötən həftə Bolqarıstanın Bansko şəhərində dağ xizəyi üzrə Azərbaycanın ilk çempionatı keçirilib. 1 aprel 2013-cü il tarixində keçirilən çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə baş tutub. Çempionatda iştirak edən iki Azərbaycan atleti Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar.
Elə həmin gündə gənclər arasında keçirilən digər yarışlarda isə adı çəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar.
Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziya qazanmaqla bu idman növündə Azərbaycanın balansına 2-ci lisenziyanı yazmış oldu.