Bakıda Olimpiya stadionunun tikintisi üçün ərazi təmizlənir
9 aprel 2013 12:33

"Ekol mühəndislik xidmətləri" QSC ötən il Bakının Sabunçu rayonunda Olimpiya stadionunun tikintisi üçün nəzərdə tutulan ərazidən 738 min ton kanalizasiya suyu çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə çərşənbə axşamı QSC-nin rəhbəri Ramil Əliyevin açıqlamasında bildirilir.
"Hazırda ərazinin təmizlənməsi üzrə işlər uğurla davam edir", - Əliyev qeyd edib.
Qeyd edək ki, ərazinin kanalizasiya sularından təmizlənməsi üzrə işlər ötən ilin mayında başlayıb və QSC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial Müdafiə İdarəsi ilə bağlanan müqavilə əsasında həyata keçirilir. Ərazinin çirkab sularından təmizlənməsi ilə QSC-nin Tullantıların idarə edilməsi departamenti məşğul olur.