Sabah 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq
6 sentyabr 2013 14:32
Sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası öz işinə başlayacaq. Azerisport.az xəbər verir ki, sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq.
2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhəri təyin etmək üçün keçiriləcək səsvermədə İstanbul, Tokio və Madrid şəhərlərindən biri seçiləcək.
Xatırladaq ki, Bakının da 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülmüşdü. Lakin genişmiqyaslı idman yarışlarının keçirilməsi təcrübəsinin olmaması ilə bağlı paytaxtımız iddiaçı şəhərlərin şort-listinə düşə bilməmişdi.