Olimpiada-2020 Tokio şəhərinə verildi
8 sentyabr 2013 01:52
2020-ci ilin Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərin adı məlum olub. Azerisport.az xəbər verir ki, yekun qərara əsasən, bu, Yaponiyanın paytaxtı Tokio seçilib.
Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən səsvermə zamanı Tokio ilə yanaşı Türkiyənin İstanbul və İspaniyanın Madrid şəhərləri də olimpidaya ev sahibliyi üçün iddialı idi. Lakin səsvermənin nəticələrinə əsasən Madrid şəhəri mübarizəni erkən dayandırıb.
Nəticədə, 2020-ci ildəki Olimpiya oyunlarına ev sahibliyi uğrunda İstanbul və Tokio şəhərləri yarışıblar. Finalda ən çox səs toplayan Tokio Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edib.