Beynəlxalq Olimpiya Komitəsinə yeni prezident seçildi (FOTO)
11 sentyabr 2013 01:33

Almaniyalı Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib. Azerisport.az xəbər verir ki, bu barədə qərar BOK-un Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında qəbul edilib.
Bununla da 2001-ci ildən BOK-a rəhbərlik etmiş belçikalı Jak Roqqe vəzifəsindən gedib.
Qeyd edək ki, BOK prezidentliyinə 6 nəfər namizəd olub.