Ləman Əhmədova İslamiadada 5-ci oldu (FOTO)
25 sentyabr 2013 14:09

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunları davam edir. Azerisport.az xəbər verir ki, Silviya Angelova (48 kq, 2-ci yer) və Gülçin Əlizadədən (53 kq, 4-cü yer) sonra körpücük üzərində qüvvəsini Ləman Əhmədova sınayıb.
Atletimiz 58 kq çəki dərəcəsində çıxış edib. O, təkanla qaldırma hərəkətində 65 kq, birdən qaldırma hərəkətində isə 80 kq-ı ram edib.
Toplamda 145 kq (65 kq + 80 kq) nəticə göstərən Əhmədova ümumi sıralamada 5-ci yeri tutub.